Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
6 Avqust 2019 11:09
1 750
Ötən gün Azərbaycanda əsən güclü külək bir sıra ərazilərdə elektrik xətlərinə ziyan vurub.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib ki, Masazırın bəzi ərazilərində küclü külək ağacı elektrik dirəklərinin üzərinə aşırmışdı və nəticədə qəsəbənin bəzi hissələrində 2 saat ərzində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı:
“Güclü külək xətləri qoşmağa imkan vermirdi, lakin çətinliklə olsa da əməkdaşlarımız problemi aradan qaldırdı və elektrik enerjisinin verilməsi bərpa edildi. Həmçinin, ölkə ərazisində bir sıra dağlıq rayonlarda güclü külək ağacları fərdi evlərə çəkilən xətlərin üzərinə aşırmışdı. Hava şəraitinin təsirinə məruz qalan bütün yerlər 24 saat nəzarətdə saxlanılıb. Bunun üçün ərazilərə əlavə texnika və əməkdaşlar cəlb olunmuşdu. Ən önəmlisi o idi ki, biz qabaqlayıcı tədbirlər görmüşdük. Təhlükəli yerlər əvvəlcədən nəzarətə götürülmüşdü”.
T.Mustafayevin sözlərinə görə, hazırda ölkə boyu elektrik enerjisinin verilməsi ilə bağlı problem yoxdur: “Harada fərdi şikayətlər varsa, onlar da operativ olaraq aradan qaldırılır. 199 Çağırı Mərkəzimiz yüksək səviyyədə xidmət göstərir. Əgər haradasa bizim bilmədiyimiz problem varsa, Çağırı Mərkəzinə müraciət etsinlər və problem aradan qaldırılsın”.