İran XİN ABŞ dövlət katibinə cavab verib: "Tələblərimiz tamamilə məntiqidir" Dünya

İran XİN ABŞ dövlət katibinə cavab verib: "Tələblərimiz tamamilə məntiqidir"

Tehranın Vaşinqton qarşısındakı tələbləri məntiqi və qanunidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun sözlərini şərh edərkən bəyan edib.

Daha əvvəl Rubio bəyan etmişdi ki, Birləşmiş Ştatlar İslam Respublikasının tənzimləmə üzrə tələblərini qəbuledilməz, bəzi hallarda isə ağlasığmaz və qeyri-reallıq hesab edir. Amerikalı dövlət katibinin sözlərinə görə, danışıqlar xüsusi bir nəticə vermir.

"Məgər bu tələblər qanunsuz və ya qeyri-məntiqidir? Danışıqların qızğın vaxtında Amerikanın İrana hücum etməsi qeyri-məntiqi və təkəbbürlü addımdır", - deyə Bəqayi brifinq zamanı bildirib.

O qeyd edib ki, Tehran hər hansı danışıqlar başlamazdan əvvəl Vaşinqtondan qanunsuz sanksiyaları ləğv etməyi, dəniz blokadasını və müharibəni dayandırmağı tələb edir. Bəqayi həmçinin bəyan edib ki, İranın iki günlük planı hələ də danışıqlar masasındadır: əgər Vaşinqton Tehranın tələblərini yerinə yetirərsə, iki gün ərzində Hörmüz boğazında təhlükəsizlik bərpa olunacaq.

Məryəm Quliyeva