12:34
189.jpg)
Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 3-də zərgərlik fabrikindən oğurlanmış 6 milyon avro dəyərində qızıl partiyasını aşkar edib, həmçinin soyğunda şübhəli bilinən şəxsləri saxlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə prokurorluğa istinadla "Agence France-Presse" məlumat yayıb.
İstintaqın məlumatına görə, odlu silahla silahlanmış cinayətkarlar fabrikə daxil olub, ən azı bir əməkdaşı döyüb və onlarla kiloqram qızıl və qiymətli metallardan hazırlanan məmulatları aparıblar. Oğruların cinayət yerindən qaçdıqları avtomobili yandırmalarına baxmayaraq, polis operativ şəkildə onların izinə düşə və soyğun iştirakçılarını, o cümlədən Yevroyustun dəstəyi ilə İsveçrə və İspaniyada saxlayıb. Həmçinin hüquq-mühafizəçilər fabrikdən oğurlanmış 54 kq qızıl və qiymətli məmulatları aşkar ediblər.
Ümumilikdə, 26 yaşdan 57 yaşadək olan sekkiz təqsirləndirilən şəxsə Bezancon kommunasında yerləşən müəssisənin soyulması, habelə odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, daşınması və saxlanılması üzrə ittihamlar irəli sürülüb. Həmçinin onlara adam oğurluğu, qanunsuz saxlanılma və cinayət əlbirliyində iştirak ittihamları da verilib. Onlardan yeddisi həbs olunub, biri isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən bir neçəsi 2025-ci ildə Bezansonda baş vermiş analoji soyğunçuluqla da bağlıdır. Həmin vaxt silahlı soyğunçular qrupu zərgərlik fabrikindən bir neçə kiloqram qızıl oğurlaya bilmişdilər.
Məryəm Quliyeva