Zelenski: "Ukraynada işıq, su və istilik təminatında vəziyyət ağırdır" Gündəm

Zelenski: "Ukraynada işıq, su və istilik təminatında vəziyyət ağırdır"

Ukraynanın bir çox şəhərlərində elektrik enerjisi, su və istilik təminatı ilə bağlı vəziyyətlə çətindir, ən ağır vəziyyət isə Kiyevdə, Dnepropetrovsk və Sumı vilayətlərindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

"Çoxlu şəhər və icmalarımızda elektrik enerjisi, su və istilik təminatı ilə bağlı vəziyyət çox mürəkkəbdir. Ən ağır vəziyyət Kiyevdə, Dnepropetrovsk və Sumı vilayətlərindədir", - deyə o qeyd edib.

Zelenski əlavə edib ki, kommunal infrastruktur problemlərini Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə müzakirə edib. "Biz razılaşdıq ki, Avropa İttifaqı fövqəladə hallar üzrə xüsusi yardım mexanizmini işə salacaq. Bu, Ukraynaya ilk növbədə lazım olan vasitələri operativ şəkildə təmin etmək imkanı verəcək", - deyə o bildirib.

Məryəm Quliyeva