Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Hadisə

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında paylaşım edilib.

"Niaqara şəlaləsi 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb", deyə paylaşımda qeyd olunub.