12:29
252
İranın dəniz blokadası və müharibə davam etdiyi, habelə İran aktivləri dondurulmuş vəziyyətdə qaldığı müddətdə ABŞ ilə danışıqlar aparması qeyri-mümkündür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı bəyan edib.
"Dəniz blokadasının davam etdiyi, müharibənin getdiyi və aktivlərimizin dondurulmuş qaldığı bir vaxtda, Amerikayla onları maraqlandıran müxtəlif mövzular üzrə danışıqlara gedəcəyimizi təsəvvür edə bilirsinizmi?" - deyə o qeyd edib.
Bəqayinin sözlərinə görə, İranın tələbləri hər iki tərəfin öhdəliklərinin dəqiq göstərildiyi İslamabad razılaşmalarına əsaslanır; ABŞ bunlarla razılaşsa da, sonradan onları pozub. Tehran həmçinin son aylarda ona qarşı tətbiq edilən yeni sanksiyaların ləğv olunmasını tələb edir.
Məryəm Quliyeva