BAMF Zərdabda görüş keçirib Hadisə

BAMF Zərdabda görüş keçirib

Avqustun 19-da UNİCEF-in maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Zərdab rayonunda "Zərdab Gənclərinə Dəstək Qrupu"nun rayon rəhbərliyi ilə şəhər görüşü keçirildi. Görüşdə Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini Rəhman Feyzullayev, BAMF-nun Proqram və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ayaz Mirzəyev, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Qiyas Abasov, "Zərdab Gənclərinə Dəstək Qrupu"nun üzvləri və Zərdab rayon gəncləri iştirak etdilər. Tədbirdə layihə haqqında, iyun ayında keçirilən gənc konsultasiyaları və onların nəticələri haqda məlumat verilib. "Zərdab Gənclərinə Dəstək Qrupu"nun lideri Taleh Yusifzadə "Zərdab Gənclərinə Dəstək Qrupu" adından Zərdab rayonunda ətraf mühitin mühafizəsi ilə bağlı strategiyanı təqdim edib. Dəstək Qrupu rayonun tədris, səhiyyə, mədəniyyət, ticarət və ictimai yerlərdə ətraf mühitin mühafizəsi ilə bağlı təbliğat kompaniyası keçirmək və rayon gənclərinin iştirakı ilə "Ətraf mühitin mühafizəsi" mövzusunda seminar keçirməyi təklif edib. Tədbirdə çıxış edən Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini Rəhman Feyzullayev rayonda bu cür tədbirlərin keçirilməsinin və miqyasının daha da artırılmasının zəruri olduğunu bildirib. Tədbirin sonunda Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini Rəzman Feyzullayev və "Zərdab Gənclərinə Dəstək Qrupu"nun lideri Taleh Yusifzadə birgə razılaşma protokoluna imza atıblar.