Husilər "Saudi Aramco"nun obyektlərini vurdu Gündəm

Husilər "Saudi Aramco"nun obyektlərini vurdu

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Cizan və Yanbu liman şəhərlərində "Saudi Aramco" şirkətinin neft və qaz obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bu barədə hərəkat bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, hücumlar Ərəb koalisiyasının Yəmənin Hudeydə şəhəri və Kəmaran adasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

Bununla yanaşı, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasını davam etdirəcəklərini də açıqlayıblar.