Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi Hadisə

Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi

Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib.

Teleqraf-ın xəbərinə görə, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib.

Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək istədiklərini bildirib, o da bildiklərini onalara öyrətməyə çalışıb.

Astara Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1500 manat miqdarında cərimə olunub.