17:21
413
İspaniya təmsilçisi “Barselona” niderlandlı yarımmüdafiəçi Frenki de Yonqla yollarını ayıra bilər.
Bu barədə jurnalist Jerar Romero məlumat yayıb.
Mənbənin iddiasına görə, baş məşqçi Hans-Diter Flik futbolçunun son oyunlarından və komandadakı rolundan razı deyil. Bu səbəbdən Kataloniya klubu uyğun təklif gələcəyi halda 29 yaşlı yarımmüdafiəçini satmağa hazırdır.
Qeyd edək ki, iyulun 23-də “Barselona” de Yonqun dizinin daxili yan bağının qopduğunu açıqlayıb. Mətbuatın məlumatına əsasən, futbolçunun seçiləcək müalicə üsulundan asılı olaraq bir neçə həftədən bir neçə aya qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Frenki de Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 297 oyunda 20 qol vurub, 31 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, onun hazırkı bazar dəyəri 35 milyon avrodur.
11:23
714
24 İyul 21:47
973
24 İyul 20:05
924