20 İyun 11:25
20 İyun 10:38
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
23 Aprel 2020 17:25
2 520
"Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.
"Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.
Eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir", - deyə məlumatda bildirilib.
21 İyun 09:34
1 470
20 İyun 22:02
1 932
20 İyun 20:57
1 792