Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
21:22
686
İranın danışıqlar aparan nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz əlaməti olaraq danışıqların keçirildiyi məkanı tərk edib.
"Tasnim" agentliyinin İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, nümayəndə heyəti Trampın son bəyanatlarından sonra bu qərarı qəbul edib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə "X" hesabında paylaşımı ilə diqqət çəkib.
Spiker ABŞ-ın təhdidlərini əhəmiyyətsiz saydıqlarını bildirib.
“Onlar özlərindən soruşmurlarmı ki, əgər təhdidlərinin nəticəsi olsaydı, bu gün düşdükləri çıxılmaz vəziyyətə gəlib çatardılarmı? Biz amerikalıların təhdidlərini ciddi hesab etmirik”, - deyə o yazıb.
Qalibaf əlavə edib ki, ABŞ rəsmiləri səsləndirdikləri bəyanatlara diqqət etməlidirlər.
“Yaxşı olar ki, açıqlamalarına nəzarət etsinlər. Silahlı qüvvələrimiz onlara başqa cür cavab verməyə hazırdır. Nə qədər danışsalar da, biz öz yolumuzla hərəkət edəcəyik”, - deyə İran parlamentinin sədri vurğulayıb.
21:38
679
21:26
700
21:24
693