16:33
637
Rusiya ABŞ-ın Ukrayna nizamlanmasına yanaşmasını yenidən dəyişə biləcəyini hiss edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bizim heç bir narahatlığımız yoxdur. Anlaşmaların əldə edildiyi Ankoric görüşündən sonra baş verdiyi kimi, yanaşmada yenə dəyişiklik ola biləcəyini hiss edirik”, - Rusiya XİN başçısı vurğulayıb.