Tramp Kiyevə edilən yardıma görə kompensasiya tələb edir
20 İyun 11:25
20 İyun 11:25
20 İyun 10:38
11:36
665
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçirilib.
17 vaqondan ibarət, çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
18 vaqondan ibarət, çəkisi 1260 ton olan buğda eyni tarixdə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
20 İyun 10:20
2 065
19 İyun 15:43
2 163
19 İyun 12:56
2 436