19:31
693
Bu gün Avropa Komissiyası Rusiyanın ticarət məhdudiyyətlərinin Ermənistanın özəl sektoruna təsirini azaltmaq üçün İrəvana 34 milyon avro ayırıb.
“News.am” xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ermənistanın Baş naziri Paşinyanla telefon danışığından cəmi iki həftə sonra Aİ Ermənistanı və onun xalqını dəstəkləmək öhdəliklərini yerinə yetirir.
Bu maliyyə yardımı Ursula von der Leyenin elan etdiyi daha geniş paketin ilk tranşıdır və bu paketə həmçinin Ermənistanın iqtisadi dayanıqlığını gücləndirmək üçün ticarətin asanlaşdırılması və həmrəylik tədbirləri daxildir.