İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir Gündəm

İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir

İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə məsləhətləşmələrin aparıldığı məkanı tərk etməyib və orada iştirakını davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Amerikanın "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid diplomatik mənbəyə istinadən məlumat verib.

"İsveçrədəki danışıqlarda iştirak edən diplomat iddia edir ki, İran nümayəndə heyəti getməyib və ABŞ-İran danışıqları hələ də davam edir", — deyə o yazıb.

Bundan əvvəl İranın "Al Alam" telekanalı məlumat yaymışdı ki, İran nümayəndə heyəti Livan ətrafındakı vəziyyətə görə ABŞ Prezidenti Donald Trampın İslam Respublikasına təkrar zərbələr endirməklə bağlı təhdidlərinə etiraz olaraq, İsveçrədə ABŞ-İran memorandumuna dair danışıqların aparıldığı məkanı tərk edib.

Məryəm Quliyeva