ABŞ-İran sazişində yeni mərhələ: Bloklanmış vəsaitlərin istifadəsinə icazə verilir​​​​​​​ Gündəm

ABŞ-İran sazişində yeni mərhələ: Bloklanmış vəsaitlərin istifadəsinə icazə verilir​​​​​​​

ABŞ Qətərlə birlikdə İranın dondurulmuş aktivlərindən milyardlarla dolların humanitar məqsədlər üçün Tehrana verilməsi planını hazırlayır ki, bu da bu yaxınlarda imzalanmış müharibənin dayandırılması barədə saziş çərçivəsində növbəti maliyyə stimulu olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Hələlik tam yekunlaşmayan plan, İranın bütün dünyada dondurulmuş təxminən 100 milyard dollarlıq nağd vəsaitinin bir hissəsinin alıcılıq qabiliyyətinə çıxışını təmin etməyi nəzərdə tutur ki, buna da ilk olaraq Qətərdə saxlanılan 6 milyard dollardan başlanacaq", — deyə məqalədə bildirilir.

Nəşrin mənbələrinin bildirdiyinə görə, razılaşma çərçivəsində Qətər İran Mərkəzi Bankı tərəfindən sifariş edilən ərzaq, dərman və digər humanitar malların satınalınmasını İranın dondurulmuş aktivlərindən, əsasən də sanksiyalar səbəbindən xaricdə bloklanmış neft satışından əldə edilən nağd vəsaitlər hesabına maliyyələşdirməyə icazə verəcək.

WSJ vurğulayır ki, bu mexanizm İranın dünyadakı digər dondurulmuş pul vəsaitləri qrupları ilə işləmək üçün bir nümunə ola bilər və bloklanmış 24 milyard dolların ilk tranşına start verə bilər.

Vaşinqton və Tehran arasında imzalanmış sazişə əsasən, ABŞ İranın dondurulmuş aktivlərini "istifadə üçün tam həcmdə" təqdim etməyi və bunun üçün müvafiq mexanizm barədə razılığa gəlməyi öhdəsinə götürür. WSJ-nin mənbələrinin məlumatına görə, vəsaitlər İran danışıqlarda səmərəli şəkildə iştirak etdiyi müddətcə daxil olmağa davam edəcək.

Məryəm Quliyeva