Gürcüstanın Kaxeti rayonuna humanitar yardım edilib Hadisə

Gürcüstanın Kaxeti rayonuna humanitar yardım edilib

Azərbaycanın Gürcüstandakı Səfirliyi Kaxeti rayonunda yaşayan aztəminatlı ailələrə humanitar yardım edib.
Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə reallaşan kampaniya çərçivəsində Kaxeti rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq paketləri çatdırılıb.
Səfir Dursun Həsənov 200 ərzaq paketini Kaxeti Regional Administrasiyasına təhvil verib. Kaxeti rayonundan olan dövlət nümayəndəsi İrakli Kadaqişvili humanitar dəstək üçün səfir Dursun Həsənova və Azərbaycan xalqına təşəkkür edib.
Qeyd edək ki, yardım kampaniyası daha əvvəl Tbilisi, Marneuli, Bolnisi və Rustavi rayonlarında da keçirilib. Ümumi dəyəri 100 min lari olduğu bildirilən kampaniya çərçivəsində 1000 ailəyə yardım edilməsi planlaşdırılıb.