Dörd gün ərzində Hörmüz boğazından 124 gəmi keçib Dünya

Dörd gün ərzində Hörmüz boğazından 124 gəmi keçib

İyunun 25-dən bəri Hörmüz boğazından xammal daşıyan ümumilikdə 124 gəmi keçib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı "Kpler" analitik şirkətinin məlumatlarına istinadən xəbər verib.

Telekanalın məlumatına görə, bu göstərici İranın ABŞ və İsrail ilə müharibəsi başlamazdan əvvəl hər sutka boğazdan keçən gəmilərin sayı ilə müqayisə oluna bilər.

Məryəm Quliyeva