Putin Bakıda keçirilən foruma təbrik ünvanlayıb Hadisə

Putin Bakıda keçirilən foruma təbrik ünvanlayıb

"Bakı Beynəlxalq Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib"

Azərbaycan paytaxtında keçirilən Bakı Beynəlxalq Forumunda Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu oxunub.
APA - nın məlumatına görə, təbrik məktubunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oxuyub. Təbrik məktubunda qeyd edilib ki, Forum bir neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib: "Bakı Beynəlxalq Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib. Əminəm ki, Forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyələr səsləndiriləcək. Tədbirdə çoxsaylı nümayəndə heyətlərinin iştirakı buna şərait yaradır".