8 Sentyabr 19:09
8 Sentyabr 15:01
14:04
294
Fars körfəzinin şimal hissəsində və Oman körfəzində bir neçə ticarət gəmisi hücuma məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
Koordinasiya mərkəzindən bildirilib: "Daxil olan məlumatlara əsasən, regionda davam edən hərbi fəallıq fonunda gəmilər hücuma məruz qalıb və nəticədə sıradan çıxarılıb. Hazırda UKMTO xəsarət alanların olub-olmadığını və ya ətraf mühitə ziyan dəyib-dəymədiyini təsdiqləyə bilmir".
Məryəm Quliyeva