Netanyahu BMT Baş Assambleyasında çıxış edəcək Dünya

Netanyahu BMT Baş Assambleyasında çıxış edəcək

İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon bildirib ki, ölkənin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində sentyabrın 24-də çıxış etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, daimi nümayəndənin sözlərini "Associated Press" agentliyi sitat gətirir.

Danon qeyd edib ki, səfər qısamüddətli olacaq - Netanyahu Nyu-Yorka yerli vaxtla sentyabrın 23-ü axşam saatlarında gələcək və sentyabrın 24-ü axşam saatlarında yenidən İsrailə qayıdacaq.

İsrailin daimi nümayəndəsi diqqətə çatdırıb ki, keçən il Netanyahunun Baş Assambleyadakı çıxışı zamanı nümayəndələrin bir hissəsi nümayişkaranə şəkildə zalı tərk etmişdi. "Bu ilin bir növ tamaşa olacağını gözləyirəm", — deyə Danon əlavə edib. O vurğulayıb ki, Netanyahu "bu cür hücumlara baxmayaraq, öz nitqini söyləyəcək".

Məryəm Quliyeva