"Neftçi" Azərbaycan derbisində 16 oyundur "Qarabağ"ı məğlub edə bilmir
Əfran İsmayılov: "Çelsi"nin hazırkı heyəti səkkiz il əvvəlki ilə müqayisədə tamam başqadır"
Gürcüstan Konstitusiya Məhkəməsi üç müxalif partiyanın ləğvi üzrə iddianı qəbul edib
Azərbaycanın strateji valyuta ehtiyatları 82,5 milyard dollara çatıb
Hesablama Palatasının sədri: "Büdcə sənədləşməsinin keyfiyyəti artırılmalıdır"
10 İyun  2020 11:55
1 778
Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.
Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş olunmuş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.