Tramp: Xameneinin dəfni səbəbindən İrana danışıqlarda bir həftəlik fasilə verdik Dünya

Tramp: Xameneinin dəfni səbəbindən İrana danışıqlarda bir həftəlik fasilə verdik

Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ İslam Respublikasının ali lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana danışıqlarda bir həftəlik fasilə ayırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp cümə günü ABŞ-ın 4 İyul — Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatındakı Raşmor dağının ətəyində çıxışı zamanı iddia edib.

"Onlar razılığa gəlmək üçün can atırlar. Onlar çarəsiz şəkildə razılaşmaq istəyirlər. Dəfn mərasimi ilə əlaqədar biz onlara bir həftəlik fasilə verdik", — deyə o, bildirib. İyulun 3-də Tehranda İranın həlak olmuş ali lideri ilə vida mərasimi başlayıb.

Məryəm Quliyeva