
                    
                    Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı, vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-də Bakıya gələcək. 
Bu barədə APA-ya Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib. Üç gün davam edəcək səfər çərçivəsində vitse-admiral H.Üstem Dövlət Sərhəd Xidmətində görüşlər keçirəcək, habelə DSX Sahil Mühafizəsinin imkanları ilə tanış olacaq.   Qeyd edək ki, vitse-admiral H.Üstem bu ilin avqust ayında Türkiyə Sahil Təhlükəsizlik komandanı vəzifəsinə təyin olunub.