“Bakı və Ankara təhlükəsizliyi hüquqi və institusional mexanizmlərə bağlamağı zəruri hesab etdi”
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir
Hökməli və Qobuda yolların təmirinə 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM
Bakıda yaşayış binasının daxili fasadında özbaşına artırma işləri dayandılıb
Ermənistan Aİ-dən 2,5 milyon dollar mənimsəyən şəxsi beynəlxalq axtarışa verib
14 İyul 2020 13:44
1 876
İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
"Baymedia.az" xəbər verir ki, bu, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.
Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.
Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan vurulub.
Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.