
                    
                    Ebola virusu yeddi ölkədə qeydə alınıb 
Ebola virusu bu günədək yeddi ölkədə qeydə alınıb. APA-nın BMT Xəbər Mərkəzinə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki bu ölkələr Qvineya, Liberiya, Nigeriya, Seneqal, Syerra-Leone, İsraniya və ABŞ-dır.
 Xəstəliyə yoluxanların sayı 8997, ölənlərin sayı isə 4493 nəfərə çatıb.
 ÜST qeyd edib ki,  İsraniya və ABŞ Ebola xəstələri ilə kontaktda olan şəxsləri nəzarət altında saxlayır.