Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 3,8 faizi taksilərin payına düşüb Hadisə

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 3,8 faizi taksilərin payına düşüb

Cari ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 624,1 milyon sərnişin daşınıb və 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 24 faiz azalıb.