ABŞ konqresmeni Obamaya məktub göndərib Hadisə

ABŞ konqresmeni Obamaya məktub göndərib

"Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin prioritet olmalıdır"

ABŞ konqresmeni Henri Kuellar ABŞ Prezidenti Barak Obamaya məktub göndərərək ABŞ-ın Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
H.Kuellar Azərbaycanın strateji əhəmiyyətini qeyd edərək ölkəmizin İraq, Əfqanıstan və Serbiyadakı əməliyyatlarda vacib müttəfiq kimi iştirakını, o cümlədən Əfqanıstan əməliyyatı kontekstində önəmli nəqliyyat qovşağı olduğunu xüsusi vurğulayıb.
Eyni zamanda, konqresmen Azərbaycanın Avropa, eləcə də Türkiyə, Gürcüstan və İsrail kimi ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edib.
H.Kuellar məktubunda Azərbaycan və ABŞ arasında təhlükəsizlik və iqtisadi tərəfdaşlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensial olduğunu yazıb. O, qeyd olunan məqamları nəzərə alaraq, geosiyasi və iqtisadi baxımdan əhəmiyyətli ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin prioritet olmalı olduğunu xüsusilə vurğulayıb.