“Avropa Azərbaycanla dərin münasibətlər qurmağa maraqlıdır” Siyasət

“Avropa Azərbaycanla dərin münasibətlər qurmağa maraqlıdır”

“Avropa İttifaqının rəhbər şəxslərinin Azərbaycana səfərləri Avropanın Azərbaycanla dərin münasibətlər qurmağa maraqlı olduğunu göstərir. Bu, təkcə iqtisadi faktorlarla, Avropaya Azərbaycan qazının çatdırılması ilə bağlı deyil. Azərbaycan artıq orta gücdür və beynəlxalq birlikdə nüfuzu olan, sülh, əmin-amanlığa töhfə verən ölkədir. Bu baxımdan Azərbaycanla əməkdaşlıq daha çox sahələri əhatə edir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, cənab Prezidentimizin bu günlərdə Almaniyaya rəsmi səfəri zamanı imzalanmış sənəddə bütün sahələr əhatə olunub: “Bu, bir daha göstərir ki, Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, digər ölkələrlə yaxşı münasibətlərin olmasına çalışır. Bu münasibətlər milli maraqları nəzərə almaqla, sülhün təmin edilməsi ilə seçilir. Diqqəti cəlb edən odur ki, artıq ikitərəfli sahələrdə yeniliklər də özünü göstərir. Yaşıl energetika, süni intellekt, kibertəhlükəsizlik məsələləri daha çox müzakirə edilir və bu, bir daha göstərir ki, Azərbaycan bundan sonra digər ölkələrlə, xüsusilə də Avropa ölkələri ilə əməkdaşlıqda öz nümunəsini ortaya qoya biləcək”.

Röya İsrafilova