20 İyun 11:25
20 İyun 10:38
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
23 Sentyabr 2020 13:32
2 527
Valideyn himayəsindən məhrum olma o uşağın övladlığa verilməsi hüququnu yaratmır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.
Onun sözlərinə görə, hər valideyn himayəsindən məhrum olan uşaq övladlığa götürülə bilməz.
Övladlığa götürülmə üçün valideyn razılığının olmasının əsas olduğunu deyən Agentlik rəsmisi qeyd edib ki, bu gün valideyn himayəsindən məhrum olan 1500 uşağın olması övladlığa verilməli olan uşaqların sayının da bir o qədər olması anlamına gəlmir:
”Valideyn himayəsindən məhrum olan uşaqların bir çoxunun valideyni var, onlar uşaqlarını bir neçə müddətlik müəssisəyə yerləşdiriblər, uşaqlarından imtina etməyiblər. Ancaq elə uşaqlar var ki, onlar müəssisədə olsalar da, onu illərlə heç kim ziyarət etmir. Biz həmin uşağın valideynlərini tapırıq, onun ailəyə inteqrasiya olunması üçün danışıqlar aparırıq. Əgər valideynlər öz məsuliyyətindən imtina edirlərsə, biz onların notarial qaydada təsdiqlənmiş razılığı əsasında uşaqlarının övladlığa verilməsi ilə bağlı iş görürük. Hər iki valideyni vəfat etmiş, yaxın qohumu tərəfindən qəyyumluğa götürülməyən uşaqlar barədə məlumat da övladlığa götürülmə ilə bağlı sistemə yerləşdirilir”.
C.Şahmalıyev qeyd edib ki, uşaqlarına qarşı zorakılıq səbəbindən valideynlik hüququndan məhrum olan valideynlər valideynlik hüququndan məhrum ediləndən bir il sonra uşaqları övladlığa verilə bilər.
O, qəyyumluğa götürmək prosedurunun övladlığa götürmədən fərqli olduğunu da nəzərə çatdırıb. Agentlik nümayəndəsi qəyyumluğa götürmək prosedurunun yerli icra hakimiyyətlərinin üzərinə düşdüyünü də xatırladıb.
21 İyun 09:34
1 379
20 İyun 22:02
1 855
20 İyun 20:57
1 708