Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini - FOTO Hadisə
- 21 Oktyabr 2020 13:17
- 1 575
Təsəvvür edin 27 il sonra uşaqlığımın, yeniyetməliyimin, gəncliyimin keçdiyi torpağa geri qayıdacağam. Bütün xatirələrimiz oradadır. Əvvəlcə qızımın məzarını ziyarət edəcəyəm - düz 27 il sonra...
Bunu Trend-ə Zəngilan rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş Rəfiqə Əhmədova deyib.
Onun sözlərinə görə, kəndlərinin erməni işğalından azad olması ilə bağlı sevincli xəbəri Prezident İlham Əliyevdən eşidiblər:
"Dünən hamımız televizorun qarşısında Prezidentimizin dilindən kəndimizin işğaldan azad edilmə xəbərini eşidəndə bilmədim, nə hiss edirəm. Hönkürdüm, ayaqlarım əsdi.. Xəbəri alanda ilk ağlıma rəhmətlik atam, anam, qayınanam gəldi. Vətən həsrəti ilə köçdülər bu dünyadan. İndi ruhları şaddır".
27 il əvvəlki acı xatirələri də paylaşan R.Əhmədova deyir ki, kənddən çıxanda oraya çox qısa zamanda geri qayıdacaqlarına ümid ediblər:
"1993-cü il 23 oktyabr tarixi idi. Dedilər ki, kəndi təcili boşaldın. Eşitmişdik ki, ermənilər Zəngilanda Xocalı faicəsinin eynisini təkrarlamaq istəyirlər. Tez uşaqları hazırlayıb, çıxdım evdən. Qayınanamla qışlıq bütün turşuları, mürəbbələri, toy kasetimizi, fotoalbomu torpağa basdırdıq. Düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq. Evdən heç nə götürə bilmədik. Elə avtobusa minib, Araz çayını atlayaraq İran tərəfə keçdik. Qızımın biri 3, digəri 1 yaşında idi. Balaca qızımı kürəyimə sarımışdım. Araz çayını keçəndə avtobusumuz yarıya kimi su ilə doldu. 29-na kimi o tayda qaldıq, Arazın o tayından evlərimizin dağıdılmasını, kül olub yanmasını izləyirdik....Çox çətin günlər keçirmişik".
R.Əhmədovanın həyat yoldaşı 60 yaşlı Məhəmməd Əhmədov isə artıq o günlərin geridə qaldığını söyləyib.
O, yaşadıqları bu sevincə görə Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlıq edib:
"Bizə bu sevinci yaşadan cənab Prezidentimizə, əsgərlərimizə minnətdarıq. Var olsunlar. Şəhidlərimizə Allah rəhmət eləsin. İnşallah, çox tezliklə öz kəndimizə qayıdacaq, öz evimizin ocağını yandıracağıq. Biz artıq köçkün deyilik, bu "ağır" adı çiynimizdə daşımırıq. Bizə bu sevinci yaşadan Prezidentimiz çox tezliklə Kəlbəcər, Şuşa, Xankəndi və digər işğal altındakı ərazilərmizdən olan köçkünlərə də şad xəbər verəcək. Biz buna əminik".
-
Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
-
İsrail İranda bir obyektə raket zərbəsi endirib
-
Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb
-
Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib
-
Çempionlar Liqası: Tomas Tuheldən ilk
-
Sumqayıtda ana və atasını öldürən şəxs saxlanılıb
-
Suriyada 16 əsgər terrorçular tərəfindən öldürülüb
-
Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
-
Konfrans Liqası: "Aston Villa" yarımfinalda, "Fənərbağça" penalti seriyasında uduzub
-
ABŞ Fələstini BMT-nin tamhüquqlu üzvü kimi tanıyan qətnaməni bloklayıb
-
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub
-
COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşüb
-
Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb
-
Davamlı inkişafın göstəriciləri
-
Borca görə tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
-
İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub
-
Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb
-
Keniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
-
Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub
-
Bu yollarda sıxlıq var - SİYAHI
-
İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib
-
Sülhməramlıların Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var - ŞƏRH
-
Respublika Pediatriya Mərkəzi yaradılıb: direktor təyin edilib
-
Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva
-
Paytaxtda narkokuryerdən 5 kq narkotik götürülüb
-
BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb
-
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib
-
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
-
Bu ölkə Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina edəcək
-
İran İsraili nüvə mərkəzlərinə hücum etməklə hədələdi
-
Gəncə, Quba və Sabirabadda ağaclar qanunsuz kəsilib
-
Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri
-
Fransa assimilyasiya siyasəti aparır - Tarixçi
-
Elə məktəb var orada problem az, eləsin də isə çoxdur - Nazir
-
“Bu durum Paşinyanı Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir”
-
10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır...
-
“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”
-
Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
-
“Bu addımlar eyni məqsədə xidmət edir”
-
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
-
Yeni kaledoniyalı komitə sədri: Müstəqillik mübarizəmizdə Azərbaycan xalqını yanımızda görmək çox sevindiricidir
-
“Serbiya Azərbaycanın dəstəyinə ehtiyac duyur”
-
“Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaqdır”
-
Senator: Fransa hökuməti kanak xalqına və Yeni Kaledoniyaya qarşı taktikasını dəyişib
-
“Serbiya xarici siyasətdə dilemmalarla üzləşir”
-
Yeni kaledoniyalı komitə sədri: Bu sözdə referendum kanak xalqının haqlarını qəsb edir
-
Ramanada evdə 2 nəfər dəm qazından zəhərlənərək ölüb
-
“Artıq Türkiyədə oturuşmuş sistem var”
-
“İki qardaş ölkənin qızıl dövrüdür”
-
İctimai qınaqla hər hansı məsələnin həll olunduğuna inanmıram - Nazir
-
Qubad İbadoğluya yekun ittiham elan edilib
-
“İkinci Qarabağ müharibəsində CHP-nin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq”
-
Məktəblərdə hər an hansısa problem yarana bilər - Emin Əmrullayev
-
“Türkiyə ana müxalifətinin Azərbaycana qarşı mövqeyində müsbət dəyişikliklər baş verir”
-
“İnsanları küçələrə çağıran şəxsin və təşkilatın ilk növbədə buna mənəvi haqq olmalıdır”
-
Milli Məclisdə Yeni Kaledoniya ilə bağlı konfrans keçirilir
-
“Nəşrlərin satın alınması müsabiqəsi” elan edilib
-
Qazaxıstanda daşqınlar: ölənlər var
-
Azərbaycan neft məhsullarının ixracını azaldıb