Prezident: Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək
Prezident “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti: Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır
27 Yanvar 2021 16:28
2 548
Tərtər rayonunda 27 sentyabrdan sonra erməni təxribatı nəticəsində 4 mindən çox mülki obyektə ziyan dəyib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin 1-ci müavini Namiq Hümbətov deyib. Onun sözlərinə görə, hazırda ziyan çəkmiş obyektlərin bərpası işləri aparılır:
“Baş nazir Əli Əsədovun sərəncamı ilə zərərdəymiş obyektlərin tikintisi təmir və bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub. Bu işləri operativ şəkildə başlamaq məqsədi ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün yaradılmış Dövlət Komisiyasından təqdim olunmuş siyahı əsasında komitədə işlər başlanılıb və artıq tikintiyə start verilib”.
N.Hümbətov qeyd edib ki, təmir-bərpası mümkün olmayan evlərin əvəzində 2, 3, 4 otaqlı eyni tipli fərdi yaşayış evlərinin tikilməsi planlaşdırılır.
Trend TV-nin Tərtərdən olan süjetini təqdim edirik:
11:05
1 176
22 Mart 17:17
1 351
22 Mart 15:09
1 358