Ermənilərin Azərbaycanın qədim tapıntılarını haraya apardığı araşdırılacaq Hadisə

Ermənilərin Azərbaycanın qədim tapıntılarını haraya apardığı araşdırılacaq

Ermənilərin Azərbaycana aid olan qədim tapıntıları haraya apardığı araşdırılacaq.

Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olmuş ərazilərində qeyri-qanuni qazıntı işləri aparan erməni müəlliflərinin özləri bir sıra informasiyaları internet resurslarında da yerləşdiriblər:

"Məsələn, Ağdam rayonu ərazisində Şahbulaq yaxınlığında Azərbaycanın antik dövr şəhəri mövcuddur. Ermənilər saxtakarlıq edərək həmin ərazini Tiqranakert adlandırıb onun guya qədim erməni şəhərini olduğunu deyirlər. Orada qanunsuz qazıntı işləri aparan erməni alimlərinin özləri etiraf edirlər ki, aşkar edilmiş maddi-mədəniyyət nümunələri həmin ərazidən çıxarılıb. Həmin tapıntıların Xankəndidə və ya İrəvanda saxlanılması barədə hələ dəqiq məlumatlar yoxdur. Bu tapıntıların haraya aparıldığı şübhəsiz ki, araşdırılacaq".