Peyvəndlərin vaxtı SMS-lə xəbərdarlıq veriləcək Hadisə

Peyvəndlərin vaxtı SMS-lə xəbərdarlıq veriləcək

Azərbaycanda profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq veriləcək. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən APA-ya verilən xəbərə görə, xidmətin məqsədi nazirlik tərəfindən tətbiq olunan "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"ndən uşaqların növbəti profilkatik peyvəndlərin adı və vaxtı barədə məlumatların mobil telefon rabitəsinin qısa mesaj (SMS) xidməti vasitəsilə özləri və ya onların qanuni nümayəndələri tərəfindən əldə olunmasıdır.
Xidmətdən istifadə etmək üçün mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözünü və uşağın "Elktron Sağlamlıq Kartı"ndakı 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilməlidir. Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa müvafiq məlumat verilir. Xidmətdən bütün mobil operatorun istifadəçiləri yararlana bilərlər.