13:51
546
Avropa Komissiyası 2027-ci ilin sonunadək nəzərdə tutulmuş 90 milyard avroluq Aİ kredit proqramı çərçivəsində Ukraynaya qalan 45 milyard avronun ayrılması mexanizmini hazırlayıb.
Xalqcebhesi.az "Reuters"ə istinadən xəbər verir ki, ümumi kredit məbləğinin yarısının 2026-cı ildə, qalan hissəsinin isə 2027-ci ildə ayrılması planlaşdırılır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, yeni təşəbbüs Ukraynaya maliyyə proqnozlaşdırılması imkanı yaradacaq və əsas dövlət xidmətlərinin fəaliyyətini dəstəkləməyə imkan verəcək.
2027-ci il üçün planlaşdırılan vəsaitdən 13,3 milyard avronun dövlət büdcəsinin dəstəklənməsinə, 31,7 milyard avronun isə Ukraynanın digər maliyyə ehtiyaclarına yönəldilməsi nəzərdə tutulur.
Məryəm Quliyeva
13:01
735
30 Oktyabr 16:06
1 078
30 Oktyabr 15:19
1 141