“Azərbaycan NATO ilə əməkdaşlığı daima genişləndirir” Siyasət

“Azərbaycan NATO ilə əməkdaşlığı daima genişləndirir”

“Azərbaycan NATO ilə əməkdaşlığı daima genişləndirir və özünün silahlı qüvvələrini onun yüksək tələbləri səviyyəsində qurmağa çalışır”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə söyləyib ki, biz xaricdən öz müdafiəmiz üçün ən müasir silahlar almağa, onu işlədə biləcək mütəxəssislərin hazırlanmasında maraqlıyıq: “Hərbçilərimiz NATO tədbirlərində iştirak edirlər, NATO keçirən təlimləri müşahidə edirlər və Azərbaycan Silahlı Qüvvələrini ən yüksək tələblər səviyyəsində formalaşdırmağa çalışırlar. NATO-nun bizim hərbi helikopterlərlə bağlı verdiyi qiymət bizim üçün əhəmiyyətlidir. Qeyd edim ki, başqa situasiyalarla da bağlı Azərbaycan həmişə NATO-dan yüksək qiymətlər alıb”.

Röya İsrafilova