Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilir - YENİLƏNİR İdman

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilir - YENİLƏNİR

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.

Apasport.az xəbər verir ki, tədbir Bakı Kristal Zalında keçirilir.

Oktyabrın 24-də start götürən yarışda FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edib. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.

Qarşılaşmalar Hövsan Yarış Kompleksində keçirilib. Açılış və final mərasimləri isə Bakı Kristal Zalında təşkil olunub.

Bu gün saat 18:00-da A Divizionunun final matçında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.

Azərbaycan millisi turniri 84-cü pillədə başa vurub.