17:19
476
Paris Polis Prefekturası istirahət günlərinə planlaşdırılan kütləvi etiraz aksiyaları ilə əlaqədar Fransa paytaxtının iki rayonunda yenidən komendant saatı tətbiq edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hakimiyyət orqanlarının sərəncamına istinadən "BFMTV" telekanalı məlumat yayıb.
Məhdudiyyətlər Respublika meydanı ərazisində və Şatle - Le-Al kvartalında şənbədən bazara və bazardan bazar ertəsinə keçən gecə yerli vaxtla saat 23:00-dan 06:00-dək qüvvədə olacaq.
Prefekturanın sərəncamında qeyd edildiyi kimi, şənbə günü alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı nümayişin keçirilməsi əlavə təhlükəsizlik tədbirləri tələb edir. "Nizam-intizamın qorunmasına yönəlmiş polis tədbirləri, o cümlədən komendant saatı mövcud şəraitdə xüsusilə zəruri olaraq qalır", - deyə sənəddə bildirilir.
Məryəm Quliyeva