Qətər nümayəndə heyəti danışıqlar üçün Tehrana gəlib
30 Oktyabr 16:06
30 Oktyabr 16:06
30 Oktyabr 15:19
30 Oktyabr 14:21
10:18
476
ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyası nümayəndələrinin məğlubiyyəti Amerika prezidenti Donald Trampı İrana qarşı miqyaslı hərbi əməliyyatları bərpa etməyə vadar edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Axios" portalı məlumat yayıb.
Məlumata görə, İrana yeni zərbələrin endirilməsi ehtimalı ilə bağlı Amerika administrasiyasında fikir ayrılığı var. Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset bu cür qərarın lehinə çıxış edirlər, vitse-prezident Cey Di Vens, eləcə də Amerika elçiləri Stiv Uitkoff və Cared Kuşner isə Tehranla danışıqların bərpa olunmasına meyil göstərirlər.
Administrasiyadakı mənbələrdən birinin sözlərinə görə, "əgər respublikaçılar aralıq seçkilərdə məğlub olarlarsa, Tramp miqyaslı hərbi əməliyyat əmri verməyə daha çox meylli ola bilər". Eyni zamanda, "Axios"un sitat gətirdiyi Ağ Ev nümayəndəsi bildirib ki, seçkilərin nəticələri Trampın İrana münasibətdə qəbul edəcəyi qərara təsir edən amil deyil.
"Axios" qeyd edir ki, Qətər vasitəçiləri daha əvvəl Tehranda ABŞ və İran nümayəndələrinin birbaşa danışıqlarının yenidən başladılmasına yönəlmiş təmaslar zamanı irəliləyişə nail olublar. Portalın məlumatına görə, Qətər vasitəçilərinin iştirakı ilə təmaslar oktyabrın 31-də Dohada davam edəcək. "Reuters" agentliyinin daha əvvəl məlumat verdiyi kimi, danışıqlar prosesi, eləcə də Qətər tərəfinin mövqeyi ABŞ ilə razılaşdırılıb.
"MS NOW" telekanalı daha əvvəl mənbələrə istinadən qeyd etmişdi ki, ABŞ Konqresə aralıq seçkilərindən səhəri gün İrana yenidən zərbələr endirməyə başlaya bilər. Seçkilər noyabrın 3-də keçiriləcək.
Məryəm Quliyeva
30 Oktyabr 21:04
945
30 Oktyabr 21:03
924
30 Oktyabr 17:19
980