16:50
483
İstanbul klublarından “Fənərbağça”nın futbolçusu Oğuz Aydın İngiltərə Premyer Liqası təmsilçisi “Aston Villa”nın maraq dairəsindədir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Birmingem təmsilçisi 25 yaşlı cinah oyunçusunu bir müddətdir izləyir. “Aston Villa” nigeriyalı Antonio Nusanın transferi baş tutmayacağı təqdirdə Oğuz Aydını heyətinə qatmağı planlaşdırır. Baş məşqçi Unay Emeri türkiyəli futbolçunun çoxfunksiyalı olmasını bəyənir.
21 yaşlı Nusanın çıxış etdiyi Almaniyanın “Leyptsiq” klubu ilə razılıq əldə olunmasa, “Aston Villa”nın yanvar ayında Oğuz Aydın üçün 12-13 milyon avro arasında təklif irəli sürə biləcəyi qeyd olunub.
Qeyd edək ki, Oğuz Aydın bu mövsüm “Fənərbağça”nın heyətində 17 oyunda meydana çıxıb. O, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.