14:16
427
Fransanın “Monako” klubunun hücumçusu Paris Brunner karyerasını Almaniyada davam etdirə bilər.
Xarici KİV xəbər verir ki, Münhen “Bavariya”sı 20 yaşlı forvardı heyətinə qatmaq istəyir.
Almaniya nəhəngi Brunneri Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir və transfer yarışında favorit hesab olunur. Lakin hücumçu ilə PSJ, “Arsenal” və “Barselona” da maraqlanır.
Qeyd edək ki, almaniyalı futbolçu 2024-cü ilin avqustundan “Monako”da çıxış edir. Onun klubla müqaviləsi 2027/2028 mövsümünün sonunadək qüvvədədir. Transfermarkt portalı Brunnerin bazar dəyərini 15 milyon avro qiymətləndirir.
14:33
392
30 Oktyabr 21:06
1 029
30 Oktyabr 18:52
973