Qardaşlıq məsafə tanımır: Aybek Alanov mərhum Ruslan Quliyevin məzarını ziyarət edib Hadisə

Qardaşlıq məsafə tanımır: Aybek Alanov mərhum Ruslan Quliyevin məzarını ziyarət edib

Qırğızıstandan Bakıya tədbirdə iştirak etmək üçün gələn Aybek Alanov mərhum Ruslan Quliyevin məzarını ziyarət etmək və ailəsinə baş çəkmək istəyini bildirib. Bu məqsədlə o, Ceyhun Aşurovla əlaqə saxlayıb.

Ceyhun Aşurov və Ramil Əliyev Aybek Alanovla birlikdə mərhum Ruslan Quliyevin məzarını ziyarət edib, ailəsi və anası ilə görüşərək onların dərdinə şərik olublar.

Aybek Alanovun bu addımı əsl dostluğun, qardaşlığın və sədaqətin nümunəsi kimi dəyərləndirilib. Ruslan Quliyevin vəfatından sonra da onun xatirəsinə hörmət göstərilməsi, ailəsinin unudulmaması mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə münasibətlər dostluğun yalnız insanın sağlığında deyil, dünyasını dəyişdikdən sonra da davam etdiyini göstərir.

Daha sonra qonaq Şəhidlər xiyabanını ziyarət edib. Görüş zamanı Aybek Alanova Azərbaycanın 44 günlük Vətən müharibəsi, qəhrəman şəhidlərimiz və xalqımızın tarixi Zəfəri haqqında məlumat verilib.

Əsl dostluq insanın yalnız sağlığında yanında olmaq deyil, onun yoxluğunda da xatirəsinə sahib çıxmaq, ailəsini unutmamaqdır.

Aybek Alanovun bu səmimi və sədaqətli davranışı minnətdarlıqla qarşılanıb. Mərhum Ruslan Quliyevin xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, dünyasını dəyişən əzizlərimizə rəhməti ilə yanaşsın!