FHN-dən Novruz bayramı ilə əlaqədar xəbərdarlıq Hadisə

FHN-dən Novruz bayramı ilə əlaqədar xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydalara əməl etməyə çağırıb.
Əhalidən bayram tonqalının ətrafına yığışan azyaşlıların böyüklərin nəzarətində saxlamaları, tonqalın elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırmaları və ocaq tam sönənədək alova nəzarət etmələri xahiş olunur.
Tonqalın üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Bundan başqa yandırılan şamlar nəzarətsiz qalmamalı, pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır: "Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"
FHN əhaliyə müraciət edərək hər hansı bir təhlükə zamanı "112" xidmətinə dərhal məlumat vermələrini xahiş edib.