Qənirə Paşayevadan çağırış Hadisə

Qənirə Paşayevadan çağırış

Millət vəkili Türkiyənin nüfuzlu telekanallarından proqram rəhbərləri və aparıcıları Azərbaycana dəvət edib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra nüfuzlu televiziya kanallarında, böyük auditoriyası olan proqramlarında çıxış edərək Ermənistanın 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə danışıb.
O, Kanal D televiziyasında "Abbas Güclü ilə Gənc Baxış", CNN Türk-də Serdar Tuncerin "Başka Şeyler" proqramında və "Ana Haber"də,TV8-də Güneri Civaoğlunun "Şeffaf Oda" programında, Habertürk televiziyasında, Bloomberg televiziyasının "Ana Haber" programında, TV5-də Mustafa Karanın "Sınır Ötesi" programında, AHaber kanalında Ahmet Baydaroğlunun programında, TRT Turk, TRT Avaz kanallarının Xəbər programlarında insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq, – deyib.
Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi.
Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili program rəhbər və aparıcılarını Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində "Hocalı Soykırımı tanıkların dili ile" kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı "Azərbaycan həqiqətləri" filmləri kataloqunu onlara hədiyyə edib.