

Milyarder iş adamı Elon Musk, ABŞ-da yeni bir siyasi partiya qurmaq üçün hazırlıqlara başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, sahib olduğu sosial media platformasında “Amerikan Partiyası qurulsunmu?” sualı ilə anket keçirən Musk, ABŞ-ın 4 İyul – Müstəqillik Günündə iki partiyalı (bəzilərinə görə tək partiyalı) sistemdən müstəqillik istəyib-istəmədiklərini izləyicilərindən soruşub.
Ankete indiyədək təxminən 1 milyon 200 min nəfər qatılıb və iştirakçıların 65%-i “bəli”, 35%-i isə “xeyr” cavabı verib.
Elon Musk iyun ayının əvvəlində “Amerikan Partiyası” adlı yeni siyasi təşəbbüs ideyasını ilk dəfə ictimaiyyətə açıqlamışdı. O, bu fikrini ABŞ Prezidenti Donald Trump ilə yaşadığı vergi endirimi mübahisəsindən sonra gündəmə gətirmişdi.
Məryəm Quliyeva