“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
5 İyul 2025 15:40
4 676
Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Kamalə Kamal Cabbarova Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Türkiyə Dövlət Teatrları ilə sıx əməkdaşlıq qurması üçün səlahiyyətli şəxsi təyin edilib.
Kamalə Kamal AZƏRTAC-a açıqlamasında bildirib ki, bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə imzaladığı müvafiq Fərmanına əsasən, teatr rəhbərliyinin qəbul etdiyi qərarla həyata keçirilib. Bununla, Akademik Musiqili Teatrı qarşılıqlı maraq doğuran gələcək layihələrin həyata keçirilməsi istiqamətində birgə protokolların imzalanmasına tam hazır olduğunu qeyd edib.
“Ümid edirəm, birgə fəaliyyətimiz gələcək böyük layihələrin icrasına vəsilə olacaq. Biz artıq on ildən çoxdur yalnız teatr deyil, mədəniyyətin müxtəlif sahələri üzrə Azərbaycanı Türkiyədə təmsil edirik. Gördüyümüz işlərin bu kimi təşəbbüslərlə qiymətləndirilməsi olduqca sevindirici haldır. Ölkələrimiz arasında dərin tarixə sahib mədəniyyət bağları var. Bu bağların daha da möhkəmlənməsində iştirak etmək olduqca qürurvericidir”, - deyə Kamalə Kamal bildirib.
9 Yanvar 17:54
2 072
9 Yanvar 16:47
2 198
9 Yanvar 12:00
2 191