Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Muğamın musiqi dili

Muğamın musiqi dili Mədəniyyət

Muğamın musiqi dili

Muğam Azərbaycanın, Şərqin, Orta Asiyanın, Çin vadisinin ərazilərində yaşayan xalqların mədəni və mənəvi həyatında əsrlər boyu böyük rol oynayıb və hazırda da mükəmməl musiqi sənəti nümunəsidir. Muğam fəlsəfəsi araşdırılarkən ilk növbədə musiqinin mahiyyəti, poetik mətnin daşıdığı informasiya bazasının fəlsəfisi, nəhayət, hər ikisinin yaradıcısı olan insan faktoru əsas tədqiqat obyekti olmalıdır. Həyatda musiqini, muğamı, poeziyanı, fəlsəfəni və s. yaradan insandır. İnsanın həyatdakı mövcudluğu müxtəlif problemləri, cəmiyyəti, həyata baxışlar sistemini formalaşdırır. İnsan varsa, mövcud problemlər, elm, mədəniyyət, mənəviyyat, tarix, fəlsəfə və s. var. İnsan yoxdursa, muğam da, poeziya da, fəlsəfə də və başqa nailiyyətlər də yoxdur. Bu baxımdan ilk növbədə insanın mahiyyətini, onun bəşəri və sosioloji, mədəni, etik və estetik normaların inteqrasiyasında, cəmiyyətdə, həyatda roluna diqqət yetirək. İnsanın mənşəyi, onun yaranış, həyat, Varlıq haqqındakı nəzəri fikirlərini fəlsəfə diqqət mərkəzində saxlayıb.
Musiqi insan təfəkkürünün, hisslər aləminin, mənəviyyatının səsidir. Muğam sənətinin tarixi köklərinin, yaranma amillərinin, bir sənət janrı kimi formalaşmasını və inkişaf etməsini izləmək üçün onun melodik quruluşunun, lad əsasının, ritmik xüsusiyyətlərinin yaranma şəraitini, dövrünü öyrənmək lazımdır. Muğamların professional sənət nümunəsi kimi formalaşması tarixi inkişafın sonrakı mərhələlərinə aiddir. Yəni cəmiyyətdə sinfi quruluşlar yarandıqdan sonra sənəti peşəyə çevirib onunla çörək pulu qazanan sənətçilərin meydana çıxmasından sonra sənətdə peşəkarlıq başlayıb. Məhz tarixin bu dövrlərində, ictimai həyatda dulusçular, toxucular, dəmirçilər, bənnalar və digər peşə sahiblərinin formalaşdığı bir zamanda incəsənət sahəsində də, sənət adamları arasında müxtəlif peşələrlə daim, peşəkarcasına məşğul olan sənətkarlar meydana çıxıb. İncəsənətin bir çox sahələri üzrə, məsələn, dekorativ sənət, rəssamlıq, memarlıq və s. sahələrlə yanaşı musiqiçilər arasında da sənətə peşəkar münasibət bəsləyən sənətçilər ortaya çıxdı. Musiqinin bir peşəkar sənət nümunəsi kimi inkişafı da, elə bu dövrdən götürülməlidir. Əsas özülü folklor musiqisi ilə bağlı olan muğamların folklordan ayrılıb peşəkar sənət nümunəsinə çevrilməsi də məhz bu dövrlərə aiddir. Musiqi sənətində peşəkarlığın inkişafı sonrakı inkişaf mərhələlərində bir çox musiqi janrlarının, irihəcmli əsərlərin meydana çıxmasını təmin etdi.
Musiqidə, peşəkarlığın ortaya çıxması üçün onun əski, ilk yaranış formaları mühüm rol oynayıb. Musiqi folkloru dediyimiz qeyri-peşəkar musiqi nümunələri, professional sənətin yaranmasında əsas baza olması heç kəsdə şübhə yaratmamalıdır. Bu mənada, folklor musiqi nümunələrinin yaranmasının haradan doğması məsələsi ön plana çıxır ki, onu tədqiqat obyektinə çevirib problemin prinsipcə həll edilməsi, fikrimcə, musiqişünaslığın qarşısında duran əsas məsələlərdəndir. Bunun öyrənilməsi üçün biz musiqinin haradan yaranması ehtimalını, onun təbii halda formadan-formaya düşərək dəyişə-dəyişə dövrümüzə kimi gəlib çıxması yollarını araşdırmalıyıq. Yalnız bu halda biz muğamların, aşıq musiqisi havalarının, xalq mahnı və rəqslərinin və s. musiqi janrlarının yaranmasının ilkin formalarını müqayisəli şəkildə üzə çıxara bilərik. Musiqinin ilkin yaranış formaları hər şeydən əvvəl kainatla, təbiətlə, cəmiyyətlə bağlıdır. Muğamların öyrənilməsi sübut edir ki, hələ orta əsrlərdə Şərq alimləri muğamların kainatla, təbiətlə bağlılığına öz tədqiqatlarında xüsusi olaraq diqqət yetiriblər və öz mülahizələrini kifayət qədər elmi cəhətdən əsaslandırılmış formada izah ediblər. Musiqinin bu şəkildə öyrənilməsi fikrimcə, muğam, aşıq və digər milli musiqi janrlarının yaranıb ortaya çıxması şəraitinə aydınlıq gətirər və musiqişünaslar arasında gedən lüzumsuz mübahisələrə son qoya bilər. "Musiqi nədir?" sualına dünyanın çoxsaylı alimləri öz əsərlərində kifayət qədər cavablar veriblər. Fizika elmi ilə məşğul olan alimlər musiqinin fiziki xassələrini ön plana çəkərək onu səs kimi öyrəniblər.
Harada hərəkət varsa, orada səs mövcuddur. Səsin ilk yaranışını kainatla, ilk yaranışla götürmək lazımdır. Kainatda səs, planetlərin öz oxu, günəş sistemi və qalaktikanın ümumdünya cazibə qanununa uyğun hərəkətlərindən yaranır. Cəmiyyətdəki insanlar bu səsi eşitməsələr də, alimlərin yekdil fikrinə görə planetlərin hərəkətindən doğan səslər mövcuddur. Planetlərin ümumdünya cazibə qanununa uyğun hərəkətləri müəyyən ritmlə tənzimlənir. Hər bir planetin, peykin kütləsinə uyğun hərəkəti, müxtəlif ritmləri, yəni ağır, yüngül, tez və s. ritmləri yaradır ki, bunların hərəkət zamanı yaratdıqları səslər də yüksəkliyinə, xassələrinə görə müxtəlif olur. Musiqi ilk növbədə obrazlı səslərin hakim kəsildiyi varlıqdır. Musiqi bədii və obrazlı səslərin qanunauyğun şəkildə düzülüşüdür ki, müəyyən fikri, obrazı ifadə edir. Musiqi təbiətdə mövcud səslərin bədii intonasiyalarının müəyyən harmonik səs çalarlığında, ahəngdar ritmdə səsləndiyi əks-sədadır. Musiqi insanın özünü, bədii-obrazlı, rəngarəng səslər aləmində ifadə formasıdır. Musiqi insanın ətraf mühitə, kainata, bəşəriyyətə və öz dünyasına harmonik münasibətidir. Musiqi insanın emosional vəziyyətini ətraf mühitdə tənzimləyən vasitədir. Təbiətdə müxtəlif tembrlər, intonasiyalarla zəngin olan musiqili səslər və təbii səslər mövcuddur. Səsin zəngin intonasiyalarla, müəyyən çalarlarla üzə çıxarılması ali məxluq olan insana aiddir. Digər səslər isə yuxarıda qeyd etdiyimiz kimi müxtəlif hərəkətlərdən doğan səslərdir ki, bunlara çox vaxt musiqili səs deyilmir.
Musiqi insanın ilahiliyə müraciətinin ifadə formasıdır.
Musiqi insan varlığının əks-sədasıdır ki, ilk növbədə insanın harmonik inkişafı naminə öz daxili aləminə yönəlib.
Musiqi insanlar arasında ünsiyyət vasitəsidir. İnsan varlığı, vücudu mikrokosmos olduğu üçün musiqi makrokosmosla mikrokosmos arasında vasitədir. Musiqi bütün bəşəriyyətin varlığıdır. O, insanlarda və heyvanlarda ən incə duyğuları, hissləri oyatmaq qüdrətinə malikdir.
Musiqini sənət nümunəsi kimi yaradan insandır. İnsanın yaratdığı musiqilər çox rəngarəng, çoxplanlı və çoxjanrlıdır. Rəngarəng janrlarda yaradılan musiqilərdə emosional təsir ön plana çıxsa da, musiqi dili ilə müəyyən fikir, məzmun söylənilir. Musiqinin güclü emosional təsiri bütün canlı aləmdə özünü göstərməkdədir. Ümumiyyətlə, musiqinin, muğamların və aşıq musiqisinin əsas mahiyyəti sosial ehtiyacdan doğan və ictimai mühitdə, cəmiyyətdə bütün keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmətdir. İnsan sosial varlıq kimi müxtəlif psixik keyfiyyətlər olan xarakterik cəhətlərə, temperamentə, emosiyaya malikdirsə, muğam, aşıq musiqisi də insan mənəviyyatının varlığı olub, müxtəlif keyfiyyət göstəricilərinə, xarakterə, temperamentə, emosiyaya malikdir. İnsan bioloji, sosial varlıqdırsa, musiqi də ruhi, mənəvi varlıqdır. İnsanda irsi və gen yaddaşı mühüm amillərdən biridirsə, muğam və aşıq sənətlərində də irsilik və gen yaddaşı mövcuddur. Muğamlarda, aşıq musiqisində canlı obrazların, xarakterik cəhətlərin mövcudluğu onların mahiyyəti ilə bağlı olub, mənəviyyatı, psixi durumu tərənnüm edir. Muğam, aşıq musiqisi insanın psixo-emosional durumuna təsiretmə qüdrətinə malikdir. Deməli, muğam və aşıq musiqisi də insanın, sosial varlığın sosial ehtiyacından, zərurətdən yaranır. Bunu nəzərə alsaq deyə bilərik ki, muğam da, aşıq musiqisi də zərurətdən doğub. Musiqi, muğam və aşıq sənətləri gerçəkliklə sıx əlaqədardır. Bu sənət janrlarından tarixin ayrı-ayrı dövrlərdə sufi məclislərində, Varlığa bağlı ilahilərin oxunmasında istifadə olunması sübut edir ki, onlar sadəcə, musiqi janrları olmayıb. Onlar insanı kamilliyə yüksəltdikləri üçün dünyanın dərk olunmasında insan varlığına əvəzsiz xidmətlər ediblər. Muğam fəlsəfəsi də fəlsəfə kimi insanın tərəqqisi, cəmiyyətdəki rolu və inkişafı ilə əlaqədar olub, onun həyatı dərk etməsi dairəsini genişləndirir.
Qədimlərdən şaman, dərviş, sufi məclislərində bir qayda olaraq musiqidən istifadə olunması, saraylarda, toy- düyünlərdə, müxtəlif mərasimlərdə geniş vüsət almasına diqqət çəkən araşdırmaçı bildirir ki, musiqi insan varlığının ortaya çıxartdığı mənəvi zənginlikdir ki, cəmiyyətin, insaniyyətin inkişafına xidmət edir. Hələ qədim Şumer dövründə musiqinin bütün elmləri - fəlsəfəni, ədəbiyyatı, siyasəti, ritorikanı, astronomiyanı, nəhayət, göyü-yeri bir harmonik məkanda birləşdirən müqəddəs sənət kimi qiymətləndirilməsi də onu göstərir ki, musiqi insanlara verilmiş elə bir hikmətdir ki, o, kainatla həyatın və insanın Allaha qovuşması üstün mikrokosmos (insan vücudu)la, makrokosmos arasında vasitədir. Musiqi sənətinin janrları arasında simfonik orkestrin, xalq çalğı alətləri orkestrinin, kamera orkestrinin, xorun, instrumental musiqinin insana təsiri bir-birindən fərqlidir. Orkestrlərin və xorun icrasında səslənən musiqi əsərlərindəki çoxsəslilik insana harmonik baxımdan daha güclü təsir göstərir. Milli ənənəyə söykənmiş ənənəvi musiqidə isə milli dəyərlər daha qabarıq olduğundan sazın, tarın, kamançanın, neyin, balabanın və s. alətlərin ifa etdiyi aşıq musiqi nümunəsi və ya muğam, təsnif, söz sənəti ilə birgə insana çatdırıldığı üçün özünəməxsus dərəcədə yüksək təsir qüvvəsinə malik olur. İndi də muğamın insanın dünyagörüşünə təsiri məsələsinə varaq. Muğam elə bir musiqi janrıdır ki, o, insanı əyləndirməyə yönəldilməyib. Muğamların musiqi dili elə səpkidə qurulub ki, insan oradakı metroritmik komponentləri yalnız dəramədin, təsnifin, rəngin, diringilərin ifalarında hiss edir. Bu mənada muğamın musiqi dili, insanın danışıq dili ilə həmahənglik, sinkretiklik təşkil edir və sözün daşıdığı informatik məlumat, məna yükü insan beyni tərəfindən daha tez dərk edilir. Bu səbəbdən də muğamlar insana daha tez təsiretmə gücünə malikdir. Muğamların insanın dünyagörüşünə təsiri məsələlərinə diqqət yetirək. Muğamların insana təsirini öyrəndikdə mayəsi zil tonlara düşən dəstgahların əqidəyə, idraka təsir etdiyinin şahidi oluruq. Məsələn, "Rast", "Şur", "Bayatı-Şiraz", "Mirzə Hüseyn", "Haşım Segah", "Dəşti", "Bayatı-Kürd" muğam dəstgahlarının mayə səs yüksəklikləri zil tonlara düşdüyü üçün onlar ilk növbədə idraka, əqidəyə, psixoemosional əhval-ruhiyyəyə təsir göstərir. "Zabul-Segah", "Nəva", "Dügah" düşüncəyə, mənəvi dəyərlərin, xəyalların, idealların formalaşmasına müsbət təsir edir.

Rafiq İmrani,
sənətşünaslıq doktoru, professor