Müsabiqənin seçim turu başladı Mədəniyyət

Müsabiqənin seçim turu başladı

Uşaq və Gənclər arasında 3-cü Xalq Çalğı Alətləri Respublika Müsabiqəsinin seçim turuna başlanılıb

Bu barədə AzNews.az-a məlumatı müsabiqənin Münsiflər Heyətinin sədri, xalq artisti, tarzən Ramiz Quliyev verib. O bildirib ki, müsabiqəyə 600-dən çox iştirakçı qatılıb. Azərbaycanda fəaliyyət göstərən 254 musiqi məktəbinin hər birindən bu müsabiqədə iştirak edən olacaq.
R. Quliyev hazırda bölgələrdə müsabiqəyə qatılacaq iştirakçıların seçim turunun müəyyən edilməsi prosesi ilə məşğul olduqlarını da deyib: "Rayonlar başa çatandan sonra seçim turu Bakı, Naxçıvan və Sumqayıtda aparılacaq. Bu müsabiqə əvvəlkilərdən tam fərqli olacaq. Belə ki, müsabiqəyə Prezident təqaüdçüləri və bundan əvvəl keçirilən müxtəlif müsabiqələrin iştirakçıları da qatıla bilər. Bundan başqa müsabiqə 3 yaş qurupları üzrə aparılacaq. Müsabiqəyə Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulacaq və qaliblər mükafatlandırılacaq".