Dünya mətbuatı Prezidentin Avropa Siyasi Birliyinin sammitindəki çıxışını işıqlandırmaqda davam edir
İstanbulda bərədə itkin düşən azərbaycanlı qadının meyiti tapılıb
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
“İtaliya Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir”
6 Mart 2020 16:21
9 226
Martın 15-də Azərbaycan Dövlət “Yuğ” Teatrı repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə təqdim edəcək. Teatrdan bildirilib ki, yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq. Tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar. Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.